Liseydə rəqəmsal qiymətləndirmələr davam edir
Liseyimizdə növbəti rəqəmsal qiymətləndirmələr davam edir.
Şagird nailiyyətlərinin daha çevik və dəqiq yoxlanılması, kağıza, vaxta və digər resurslara qənaət, dataların daha dəqiq yığılması, sonrakı təhlil alətlərinin düzgün aparılması üçün rəqəmsal qiymətləndirmələr xüsusi əhmiyyətə malikdir.
Rəqəmsal məktəbdaxili qiymətləndirmə şagirdlərin rəqəmsal bilik, bacarıqlarının artırılması, qiymətləndirmə vasitələrinin hazırlanma və yoxlanılmasında vaxta qənaət, texnologiyanın təklif etdiyi yeni məzmun və formalı qiymətləndirmə üsullarından istifadə, eləcə də kağız sərfiyyatının minimuma endirilməsi məqsədilə həyata keçirilir.