S.S.Axundovun "Əhməd və Məleykə" əsəri müzakirə edilib
Bu gun yazın gəlişi ilə əlaqədar olaraq təbiətin qoynunda 7b sinfi ilə birlikdə süfrə arxasında nağıllar dünyasına səyahət edilib.
Nağıl dünyamızda sevimli yazıçımız S.S.Axundovun "Əhməd və Məleykə" əsəri müzakirə edilib.
Bu sehirli aləmin sakinləri isə təlim -tərbiyə işlərii üzrə direktor müavini Günay Çəndirli və 7b sinif şagirdləri olub.
Eyni zamanda nağıl dünyamızda liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova, UBR-i A. Zeynalova və sevimli müəllimlərimiz Əfsanə Əhmədova, Tünzalə Cabbarova , psixoloq İradə Cəfərova və digərləri bu sehirli aləmə səyahət ediblər.
Onlar "Əhməd və Məleykə" nağılı ilə bağlı öz fikirlərini söyləyiblər.
Bir sözlə biz təbiətin qoynunda artıq nağıllar aləmində səyahətə start verdik.
Bu günkü nağıl dünyamız bax beləcə, yəni, şən təəssuratla sona çatdı.
Sonda göydən üç alma düşdü və bu almadan hər birimizə pay düşdü.