S.S.Axundovun "Əhməd və Məleykə" əsəri müzakirə edilib
06 aprel tarixdə yazın gəlişi ilə əlaqədar olaraq təbiətin qoynunda 7b sinfi ilə birlikdə süfrə arxasında nağıllar dünyasına səyahət edilib.
Nağıl dünyamızda sevimli yazıçımız S.S.Axundovun "Əhməd və Məleykə" əsərini müzakirə edilib. Bu sehirli aləmin sakinləri isə təlim-tərbiyə işlərii üzrə direktor müavini Günay Çəndirli və 7b sinif şagirdləri olub.
Eyni zamanda nağıl dünyamızda liseyin təlim-tərbiyə işləri üzrə direktor müavinləri Sevinc Hüseynova, Uşaq birliyi təşkilatının rəhbəri A. Zeynalova və sevimli müəllimlərimiz Əfsanə Əhmədova, Tünzalə Cabbatova, psixoloq İradə Cəfərova və digərləri bu sehirli aləmə səyahət ediblər.
Onlar "Əhməd və Məleykə " nağılı ilə bağlı öz fikirlərini söyləyiblər.
Bir sözlə biz təbiətin qoynunda artıq nağıllar aləmində səyahətə start verdik.
Bu günkü nağıl dünyamız bax beləcə, şən təssuratla sona çatıb. Sonda göydən üç alma düşdü və bu almadan hər birimizə pay düşdü.