Təhsil Tələbə Krediti fondu tərəfindən maarifləndirici görüş keçirilib
Liseyin akt zalında Təhsil Tələbə Krediti fondu tərəfindən şagirdlərlə Təhsil tələbə krediti barədə maarifləndirici görüş keçirilib.
Görüşdə lX və Xl sinif şagirdləri iştirak ediblər. Görüşü Fondun əməkdaşı apararaq şagirdlərə fonda müraciət qaydaları, imkanlar, perspektivlər və digər məsələlər barədə ətraflı məlumat verib.
Təhsil tələbə krediti sistemini tətbiq etməklə təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqdan və təhsilin əhatə dairəsini genişləndirməkdən ibarətdir.
Təhsilin güzəştli şərtlərlə maliyyələşdirilməsi üzrə əsas operatora çevrilməklə yüksək keyfiyyətli əlçatan təhsilə nail olmaqdır.