"Aprel döyüşləri xalqımızın Böyük Tarixi Qayıdışıdır" adlı mühazirə aparılıb
Bu gün Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291-li nömrəli Ekologiya liseyinin 7b sinfində Aprel döyüşlərinə həsr olunmuş "Aprel döyüşləri xalqımızın Böyük Tarixi Qayıdışıdır" adlı mühazirə aparılıb.
Mühazirədə UBTR-i A.Zeynalova, psixoloq İradə Cəfərova və GÇH-nin rəhbəri Fərrux Salamov iştirak edib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Aprel döyüşlərində həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib.
Sonra Aprel döyüşləri haqqında şagirdlərə ətraflı məlumat verilib. Dörd günlük müharibədə azad olunmuş Cəbrayıl rayonun Cocux Mərcanlı kəndi, Tərtər rayonu Talış kəndindəki yüksəkliklər, Goranbay rayonu Gülüstan və Qazaxlar kəndi, Soqovuşana uzanan yoldakı ərazilərin düşməndən azad olunması şagirdlərin diqqətinə çatdırılıb.
Bu qələbə 8 Noyabr 2020-ci ildəki zəfərimizin təməli kimi qeyd olunub.
Azərbaycanın hərbi, iqtisadi və siyasi qüdrətindən söhbət açılıb. Şagirdlər böyük qürur hissi ilə öz fikirlərini söyləyib.
Sonda "Şəhidlər ölməz, vətən bölünməz!", " Qarabağ Azərbaycandır!" şüarları səslənib.