31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

    29 mart 2024-cü il tarixdə liseyin UBTR-i A.Zeynalovanın təşkilatçılığı ilə 6a sinfində  31 mart soyqrımına həsr olunmuş dəyirmi masa keçrilib.
    Əvvəlcə 31 Mart – Azərbaycanlıların Soyqırım qurbanlarının xatirəsi yad olunub.
    Sonra  A.Zeynalova 1918-ci ildə törədilmış soyqrım haqqında geniş məlumat verib.

    1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetiriblər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirilib, diri-diri yandırıblar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdılıb. Bakının böyük bir hissəsini xarabalığa çeviribilər. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib.

    Sonra şagirdlər faciə ilə bağlı fikirlərini söyləyiblər. Xocalı faciəsi ilə mart soyqrımını əlaqələndiriblər və hər iki faciədə ermənilərin qəddarlıqlarını qeyd ediblər.
    Dəyirmi masanın sonunda xalqımızın qüdrəri, gücü və haqlı mübarizəsinin, nəhayət qələbə qazandığı qeyd olunub.

    Sonda şagirdlər öz vətəninə, millətinə olan sevgisini Ulu Öndər Heydər Əliyevin: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!"-dəyərli kəlamını səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi