Peproduktiv sağlamlıq üzrə tədbir keçirilib
Liseyin biologiya müəllimi Sədaqət Əliyeva və həkim Leyla Nuriyevanın təşklatçılığı ilə liseyin akt zalında reproduktiv sağlamlıq üzrə tədbir keçirilib.
Tədbirdə reproduktiv sağlamlıq üzrə şagirdlərə geniş məlumatlar verilib, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olunub.
Bildirilib ki, gələcək nəslin sağlam böyüməsi cəmiyyətimizin ən mühüm məsələsidir.
Tədbirin məqsədi gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı maarifləndirmə işlərini genişləndirməkdən ibarətdir.
Sonda videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırılıb.