Şagirdlərimiz "STEAM İnnovasiya Mərkəzi" də ekskursiyada olublar
18 mart 2024-cü il tarixdə liseyin V, VI, VII sinif şagirdləri liseyin direktor müavini Gunay Çəndirli və tarix müəllimi Səbinə Məmmədovanın təşkilatçılığı ilə "STEAM İnnovasiya Mərkəzi" də ekskursiyada olublar.
2023-cü ilin yanvarında istifadəyə verilmiş “STEAM İnnovasiya Mərkəzi”nin fəaliyyəti orta məktəblərdə eyniadlı mövcud mərkəzlərin tədris proqramına görə fərqlənir. Bu Mərkəzə müraciət edən müxtəlif yaş kateqoriyasından olan məktəblilər və tələbələr XXI əsr bacarıqlarını - kreativliyi, əməkdaşlığın inkişaf etdirilməsini, müxtəlif bilikləri tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə qabiliyyətlərini yüksəldirlər.
Uşaqlar real həyat problemləri ilə qarşılaşdıqda, STEAM metodu vasitəsilə onun rahatlıqla ən uyğun həlli yollarını tapmağa çalışacaq və yaradıcı yanaşmalarını nümayiş etdirəcəklər.
Məlumat verilib ki, bu Mərkəzin məqsədi şagirdlərin potensialını və maraqlarını cəmiyyətə xidmət işinə yönəltmək, onları öyrənməyə həvəsləndirməkdir. STEAM tədris üsulu müasir dövrdə ölkənin sosial-iqtisadi inkişafında çox böyük əhəmiyyətə malikdir. Belə ki, uşaqlar bu metod vasitəsilə elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya biləcək, gələcəyin mütəxəssisləri kimi yetişəcək və ölkənin inkişafına töhfələrini verəcəklər.
Şagirdlərin tədris maraqlarının artmasında, müasir bacarıqlara yiyələnməsində bu və bu kimi ekskursiyaların əhəmiyyəti böyükdür.