Novruz  bayramı ilə əlaqədar tədbir keçirilib

    Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakultəsinin IV tədris ilində təhsil alan AZD2002B qrup tələbələri və Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının dosenti Cəmilə Məhərrəmovanın təşkilatçılığı ilə Novruz bayramı ilə əlaqədar liseydə tədbir keçirilib.

    Novruz əsrlərin qaynaqlarından süzülüb gələn, yaddaşlarda  kök salan qədim bir el bayramıdır. Novruz bayramının xalqımızın həyatındakı rolunu yüksək qiymətləndirən böyük dövlət xadimi,  Ümummilli lider Heydər Əliyev deyib: "Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olaraq Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olub, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş edibdir".
    Novruz tədbirində 5a, 5b, 5ç, 6b, 7a, 7c, 8a sinif şagirdlərinin maraqlı çıxışları ilı tədbirə rəng qatıb. "Arşın mal alan" filmidən "Telli və Vəli", "Qızların xoru" müsiqil parçalar, "Tülkü və Leylək", "Qoğalın nağılı", "Nənə və nəvələrinin bayram söhbəti, "Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadükuni məşhur " əsərindən səhnələr tədbiri daha da yaddaqalan edib.

    Sonra Kosa ilə Kecəl səhnəyə gəlib tamaşaçıları təbrik ediblər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi