Şagirdlərimiz ADA Model İƏT 2024 Simulyasiya Konfransında iştirak ediblər
ADA MOIK Klubu İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İƏTGF) Avrasiya Regional Mərkəzi və Universitetin Qəbul Şöbəsinin əməkdaşlığı ilə ADA Model İƏT Simulyasiya Konfransı təşkil edib.
Liseyimizin şagirdləri Qurbanzadə Solmaz, Məmmədli Huseyn, Məhərrəmli Hüseyn, Paşayev Adil, Abdullayev Məmmədtağı, Əsədli Musa, Zəhra Kərimzadə, Rəşad Yusufov, İsmayılov Nicat, Azər Yusifzadə, Əli Məmmədli, Aşırov Səzər liseyin tarix müəllimi Səbinə Məmmədovanın rəhbərliyi ilə ADA Model İƏT 2024 Simulyasiya Konfransında iştirak ediblər.
11-12 mart tarixlərində keçirilən Konfransda liseyimizin şagirdləri müxtəlif mövzularla əlaqəli İƏTölkələrini təmsil edib və maraqlı müzakirələrdə tərəf olaraq çıxışlar ediblər.
İƏTGF Avrasiya Regional Mərkəzinin ilk dəfə orta məktəb şagirdləri üçün təşkil etdiyi interaktiv simulyasiyalarda aktual qlobal problemlər araşdırılıb.
• Ətraf mühit problemlərinə qarşı mübarizə: Mümkün həll yollarının qiymətləndirilməsi
• Təhlükəsizlik və sabitlik: Yaxın Şərqdəki münaqişələrin həlli
Rəşad Yusufov, Huseyn Məhərəmlli, Məmmədli Huseyn fərqlənmə diplomu ilə seçilib, digər şagirdlərə isə sertifikatlar ilə təltif edilib.