“Fiziki sağlamlığın psixoloji sağlamlığına təsiri” adlı qrup işi aparıb

   Azad Hümbətov adına 291 saylı Ekologiya liseyinin psixoloqu İradə Cəfərova tərəfindən 8b sinfində “Fiziki sağlamlığın psixoloji sağlamlığına təsiri” adlı qrup işi aparıb.

   Qrup işi zamanı fiziki sağlamlığın və psixoloji sağlamlığın mahiyyəti izah olunub və bu iki anlayışın biri-biri ilə qarşılıqlı əlaqəsi haqqında söhbət aparılıb. Şagirdlərin fikirləri alınıb, fiziki və psixi sağlıqlarının qayğısına necə qaldıqları haqqında müzakirə edilib.

   ”Həyatlarının  keyfiyyətinin qayğısına necə qala bilərlər?”,”Bu yolda yanlışlar nələrdir?”, “ Necə edə bilərik ki,həyatımızın keyfiyyəti daha da artsın?” sualları ətrafında müzakirələr edilib.

   Şagirdlər arasında idmanla məşğul olanlar var və idmanla məşğul olduqdan sonra həyat keyfiyyətlərində nə dərəcədə dəyişiklər olması haqqında məlumatlar veriblər.

   Şagirdlərin öz təcrübələri haqqında məlumatları bölüşməsi həm dediklərimizin daha əyani sübutu və eyni zamanda şagirdlər üçün daha faydalı olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi