"8 Mart-Beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir keçirilib

    07 mart tarixdə liseydə ingilis dili müəllimi Gülnarə Cəəfərovanın təşkilatçılığı ilə 7c rus bölməsinin şagirdləri "8 Mart-Beynəlxalq Qadınlar günü" münasibəti ilə tədbir keçiriblər.

    Tədbirdə şagirdlər müəllimlərini şeir, musiqi, rəqslərlə təbrik ediblər. 

    Müəllimlər üçün hazırlanan videoçarx isə tədbir iştirakçıları üçün əsl sürpriz olub.

    Şagirdlər "Beynəlxalq Qadınlar günü" ilə bağlı məlumat verərək bildiriblər ki, 8 Mart-iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür.

    Tədbir səhnəciklərlə davam edib. Şagirdlər müəllimlərinə maraqlı sorğu ilə müraciət edib və sorğu iştirakçıları sualları cavablandırıblar.

    Sonda şən musiqi sədaları altında şagirdlər öz müəlimlərini təbrik edərək, rəqsə dəvət ediblər.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi