“İmtahan həyəcanının səbəbləri və aradan qaldırılması yolları” mövzusunda dərs keçirilib
Liseyin psixoloqu İradə Cəfərova tərəfindən buraxılış siniflərində “İmtahan həyəcanının səbəbləri və aradan qaldırılması yolları” mövzusunda dərslər keçirib.
Əsas məqsəd IX-XI sinif şagirdlərinin imtahanqabağı keçirdikləri həyəcan və təşvişin aradan qaldırılmaqdır.
İradə Cəfərova şagirdlərə bu mövzuda testlər təqdim edib.
Dərsin sonunda şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.