Azərbaycandili fənni üzrə Vl, Vll, Vlll siniflər üzrə monitorinq keçirilib
29 fevral tarixində BŞTİ-nin müvafiq planına uyğun olaraq liseyimizdə Azərbaycandili fənni üzrə Vl, Vll, Vlll siniflər üzrə monitorinq keçirilib.
Azərbaycan dili fənni üzrə yazılı keçirilən monitorinqin əsas məqsədi dövlət dilinin tədrisi vəziyyətinin ölçülməsi, şagirdlərin dinləyib-anlama, oxu və yazı bacarıqlarının yoxlanılması, onlarda bilik və bacarıqların formalaşma səviyyəsinin müəyyənləşdirilməsi və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olunmasından ibarətdir.
Məktəblilərə 16 tapşırıq təqdim olunub. Sualların cavablandırılması üçün 45 dəqiqə vaxt verilib.