Xocalısız 25 il

20.02.2017-ci il tarixdə liseydə “Xocalı harayı” adlı möhtəşəm tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə liseyin təşkilat işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Z.M.Qasımova qonaqları salamlayaraq açıq elan etdi. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra səhnə şagirdlərin ixtiyarına verildi. Tədbirdə “Azərbaycan bayrağı” ordenli, Qarabağ müharibəsində böyük şücaət göstərmiş, öz sağlamlığını itirmiş İbad Hüseynli, Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərmiş digər döyüşçü Rövşən Əhmədli, “Atilla” jurnalının təsisçi-redaktoru, Prezident təqaüdçüsü, şairə Gülşən Behbud, Xocalıdan olan şair Ələmdar Quluzadə, yazıçı Elçin Əfəndi, 178,193№-li məktəbin direktorları və digər qonaqlar iştirak edirdiilər. UTBR Ətlaz Zeynalovanın vətənpərvərlik ruhunda hazırladığı ədəbi-bədii kompozisiyada şagirdlərin həyəcanlı, kövrək, bəzən də qəlb göynədən çxışları zamanı zalda əyləşənlər göz yaşlarına belə hakim kəsilə bilmədilər. Şagirdlərin çıxışlarından sonra söz alan qonaqlar döyüşlərdəki təəssüratlarını bir daha onlarla bölüşdülər.Təbii ki, çıxış edən hər kəsin bir arzusu var.Torpaqlarımız alınsın və şəhidlərimizin qanı yerdə qalmasın. Tədbirin sonunda çıxış edən liseyin direktoru Kəmalə Mirzoyeva qonaqlara vaxt tapıb gəldikləri üçün, şagirdlərə və tədbirin hazırlanmasında zəhməti olan hər kəsə təşəkkürünü bildirdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi