Cəlil Məmmədquluzadənin "Poçt qutusu" əsərinin müzakirəsini keçirilib
Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəmilə Budaqova, kitabxana müdiri Sevinc Abbasova və liseydə təcrübə keçirən ADPU-nin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının 4-cü kurs tələbəsi G.Qasımovanın təşkilatçılığı ilə 8a sinif şagirdləri ilə birgə Cəlil Məmmədquluzadənin "Poçt qutusu" əsərinin müzakirəsini keçiriblər.
Əsərin müzakirəsi diskusiya şəklində təşkil olunub və maraqlı fikir mübadiləsi aparılıb.
Sonra şagirdlər Cəlil Məmmədquluzadənin "Poçt qutusu" əsərindən səhnəciklər hazırlayaraq obrazları canlandırıblar.
Sonda şagirdlərlə birgə obrazlar təhlil edilib, yazıçının əsərlə çatdırmaq istədiyi əsas fikir müəyyən olunub.