"Vətənin Xocalı harayı" adlı tədbir keçirilib
26 fevral tarixində liseyin UBTR-i Atlaz Zeynalovanın təşkilatçılığı ilə Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş "Vətənin Xocalı harayı" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Humni səslənib və Xocalıda həlak olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səhnə şagirdlərin ixtiyarına verilib. Xocalı qatillərinin vəhşilikləri İblisin simasında canlandırılıb. "Yurdun səsi" adlı kompozisiyada isə şagirdlər viran olmuş torpağın səsini bayatılar vastəsilə tamaşaçılara çatdırıblar. Onlar Xocalı facəsinin ağrı-acılarını ifa etdikləri şeir, mahnı və vieo-süjetlərlə çatdırmağa çalışıblar.
Tədbirdə Xocalının coğrafi ərazisi, maddı- mənəvi sərvətləri və milli qəhrəmanları haqqında da məlumatlar təqdim olunub.
Daha sonra liseyin məzunu Arzu Zeynallının Xocalı faciəsinə həsr etdiyi "Gülşənin yuxusu" adlı hekayəsi təqdim edilib. Hekayə tamaşaçıların rəğbətinə səbəb olub. Hekayənin sonunda əsərin müəllfi, rəssam və musiqi tərtibatçısı çıxış edərək millətimizə daim sülh və əmin-amanlıq arzu ediblər.
Şagirdlər eyni zamanda Xocalı qatillərinin həbs olunması və ali qanunlarımız qarşısında mühakimə edilməsi ilə bağlı video-süjeləri də tamaşaçılara təqdim ediblər. Vətənpərvərlik ruhlu mahnıları ilə böyük coşqu yaradıblar.
Tədbirdə liseyin pedaqoji kollektivi, valideynlər və liseydə təcrübə keçən tələbələr iştirak ediblər.
"Vətənin Xocalı harayı" adlı tədbirinin sonunda liseyin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Arif Əsədov çıxış edib. O, Xocalı faciəsinin amansızlıqlarını və bu faciənin heç vaxt unudulmayacağını qeyd edib.
Tədbir: "Xocalı, biz səni unutmadıq və unutdurmadıq!" - şüarı ilə sona çatıb.