21 fevral-Beynəlxalq Ana Dili günüdür
Bu gün 21 fevral-Beynəlxalq Ana Dili günüdür. Bu əlamətdar günü liseyin şagird və müəllimləri çox maraqlı təqdimatla qeyd edib.
Rus bölməsində təhsil alan 6-7-ci sinif şagirdləri Ana dilinin müqəddəsliyindən, zənginliyindən söhbət açaraq bu sevimli dildə şeirlər səsləndirib, mahnılar ifa ediblər. Şagidlər Azərbaycan ədəbiyyatının görkəmli şair və yazıçılarının əsərlərini xatırladaraq satirik yazıçı Cəlil Məmmədquluzadənin "Anamın kitabı" pyesindən bir parçanı səhnələşdirərək nümayiş etdiriblər.
Sonra şagirdlər Ulu Öndərin sözlərini xatırlayaraq söyləyiblər: "Çox dil bilmək çox yaxşıdır, lakin öz ana dilini mütləq bilməli, ana dilində tarixini, ədəbiyyatını oxuyub öyrənməlisən".
Sonda şagirdlər Ulu Öndərin ruhuna xitab edərək belə deviz səsləndiriblər: "Qoy Ulu Öndərimizin ruhu şad olsun. Biz onun nəvələri olaraq, Ana dilimizi sevərək qoruyacağıq və daima yaşadacayıq! ".