"Enerjiyə necə qənaət edərdim?" mövzusunda tapşırıqlar verilib
Liseyimizdə 5a və 5ç siniflərinin iştirakı ilə "Enerjiyə necə qənaət etmək edə bilərik?" mövzusunda uşaqların gözü ilə qorumaq istədiyi evdə "Enerjiyə necə qənaət edərdim?" devizi altında numunələr hazırlamaq tapşırılıb.
Təbiət fənnini tədris edən müəllimə Sədaqət Əliyeva nümunələrin hazırlanması üçün şagirdlərə bir həftə müddətinə vaxt elan edib.
Hər kəsə öz xəyalında qurduğu evi hazırlayıb və həmin evdə necə enerjiyə qənaət edəcəkləri haqda tapşırıqlar verilib. Şagirdlər çox mükəmməl əl işləri ilə yarışa qoşulublar.
Bir həftə ərzində bu qədər düşüncəli, məntiqli və qənaətli evlər hazırlamaq beşincilərin çox həvəslə hazırlaşdığından xəbər verir. Bütün əl işləri sərgilənib.
Juri heyyətində məktəblilərin təlim-tərbiyə işləri üzrə direktor müavini S.Hüseynova, direktor müavini G.Çəndirli və UBR-i Ətlaz Zeynalova yer alıblar.
Əvvəl 5a sonra isə 5ç sinif şagirdləri tək-tək təqdim etdiyi maketləri juriyə iki-iki təqdim ediblər. Şagirdlər təqdimat zamanı hansı enerji növünə qənaət etdiklərini təqdimat zamanı çox gözəl ifadə ediblər. Juri heyəti çox maraqlı suallarla şagirdlərə müraciət edib və onların məntiqli cavabları ilə qarşılaşıblar.
Enerjiyə qənaət məqsədi ilə led lampaları, günəş panelləri quran, işıqlı evləri şüşədən yığaraq istiliyə qənaət üçün taxtadan tikilən ev, su çarxlarından enerji alan, enerjiyə qənaətli baterialardan istifadə edən, ekoloji təmiz evlər hazırlayan şagirdlər təqdimatları ilə juri heyətini heyran ediblər.
Seçim etmək çətin idi, çünki çox maraqlı əl işləri var idi. Bütün şagirdlər yarışa əl işləri təqdim ediblər. Yarış gərgin və maraqlı idi. Yarış bir neçə naminasiya üzrə keçirilib:
1.Layihənin faydalılığı və praktivliyi
2.Layihənin dizayını
3.Layihənin təqdimatı
Bu parametrləri nəzərə alaraq iştirakçılar arasında I, II və III yerlər arasında qaliblər seçilib. İş təqdimatı zamanı əl işləri maraqlı olduğu üçün hər yerə 2 nəfər seçilib.
Uşaqlar juri heyyətinin qərarından razı qalıb. Bütün iştirakçılar sertifikatlarla qiymətləndiriliblər.