“Molla Nəsrəddin” jurnalında dərc edilən aktual problemlər bugünkü 21-ci əsrdəki aktual problemlərlə müqayisə edilib
Bu gün tarix dərsində Məmmədova Səbinə 5b sinif şagirdləri ilə birgə Molla Nəsrəddin jurnalının təhlilini aparıb və uşaqlara belə tapşırıq verilib. Cəlil Məmmədquluzadənin “Molla Nəsrəddin” jurnalında göstərdiyi aktual problemləri bugünkü 21-ci əsrdəki aktual problemlərlə müqayisə etsinlər. Özlərinin bu gün gördüyü problemləri və həlli haqqında qısa təhlil etsinlər.
Sagirdlər qruplara bölünüb və hər biri öz jurnalını düzəldib. 5b sinif şagirdləri öz araşdırmaları ilə fərqləniblər. Onlar çox maraqlı mövzulara toxunublar.
Xüsusilə, İbrahimli İbrahim fərdi şəkildə bu mövzunu araşdırıb və ingilis dilində “Pollution and don’t contaminate The Water” mövzusuna toxunub. Baxmayaraq ki, Azərbaycan bölməsi şagirdidir, lakin ingilis dilində çox gözəl təqdimat edib.
Problemlərə əsaslanan öyrənmə şagirdlərdən birlikdə araşdırmağı, həll yollarını tapmağı və real dünyadakı problemləri daha dərindən öyrənməyi tələb edir. Problemləri müvəffəqiyyətlə həll etmək üçün onlar bir neçə fənlər arasında əlaqə yaratmalı və nəticə çıxarmaq üçün onları bir-birinə səmərəli şəkildə inteqrasiya etməlidirlər. Bəzən bu zaman şagirdlərdə suallar yaranır və buna görə də daha yaxşı həll yolları axtararaq araşdırmalar aparmağa sövq edir.
Gerçək dünyadakı problemin həlli şagirdlərdə təfəkkür, araşdırma, sosial nişan və 4C-yaradıcılıq, əməkdaşlıq, tənqidi düşüncə və ünsiyyət kimi vacib bacarıqları inkişaf etdirir.