"Dəyərlərimizlə gələcəyimizi qoruyaq" adlı layihə keçirilib
14 fevral 2024-cü il tarixdə "Pətək" İB-nin komandası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Dəyərlərimizlə gələcəyimizi qoruyaq" adlı layihə çərçivəsində Azad Hümbətov adına Ekologiya liseyində olublar. Təqdimatda 60 şagird iştirak edib.
Sözügedən layihənin təqdimatının keçirilməsində şərait yaratdığına görə "Pətək"İB-nin komandası Azad Hümbətov adına Ekologiy liseyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Arif Əsədova, həmçinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, liseyin məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Zeynəb Qasımovaya öz təşəkkürlərini bildiriblər.