Həmkarlar ittifaqının iclası keçirilib

    Liseyin akt zalında məktəb kollektivinin iştirakı ilə Həmkarlar ittifaqının iclası keçirilib. Əvvəlcə indiyə kimi görülmüş işlər haqqında məlumat verilib. Kollektivin süalları dinlənilib və müzakirələr aparılıb.

    Sonra Həmkarlar ittifaqının yeni sədrinin seçilməsi məsələsinə baxılıb. 

    Məktəb həmkarlar təşkilatının müəllimlərin hüquqlarının qorunmasında  və onların bir çox başqa problemlərinin həll olunmasında çox böyük rolu var. Müəllimlərin sanatoriya-kurort müalicəsinin təşkilinin təmin olunması da məktəb həmkarlar təşkilatının üzərinə düşür. Müəllimlərin sağlamlığının qorunmasının qayğısına qalan həmkarlar təşkilati ölkə daxilindəki və ölkə xaricindəki sanatoriya və müalicə ocaqlarında müəllimlərin yerləşdirilməsinin təmin olunmasına çalışır.

    Ölkəmizin səfalı rayonlarına turların təşkil olunmasında da məktəb həmkarlar təşkilatının rolu danılmazdır. Maddi cəhətdən sıxıntısı olan işçilərə yardımların olunması həmkarlar təşkilatı tərəfindən həyata  keçirilir.

    Azərbaycan Həmkarlar İttifaqının sosial ədalət prinsiplərinin bərqərar olmasında, əmək və sosial hüquqlarının qorunmasında, əməyin və sağlamlığın muhafizəsində və bir çox başqa problemlərin həllində yeri və rolu  çox böyükdür.

    Bu gün əhalinin sağlamlığının qorunması, işçilərin müalicə-profilaktika, sanitar-məişət xidmətinin və sanatoriya-kurort müalicəsinin təşkilinin təmin olunmasını Həmkarlar İttifaqları özünün ümdə vəzifələrindən hesab edir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi