S. S. Axundovun "Nurəddin" əsərinin müzakirəsi keçirilib
12 fevral tarixində A. Hümbətov adına 291 nömrəli Ekologiya liseyində Oxu günü çərçivəsində S. S. Axundovun "Nurəddin" əsərinin müzakirəsi keçirilib.
Müzakirədə 6a sinfinin şagirdləri, liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Əzimə Bayramova, kitabxana müdiri Sevinc Abbasova iştirak ediblər.
Əsərin müzakirəsi diskusiya şəklində təşkil olunub və maraqlı fikir mübadiləsi aparılıb.
Sonra şagirdlər S. S. Axundovun "Nurəddin" əsərindən səhnəciklər hazırlayaraq obrazları canlandırıblar.
Sonda şagirdlərlə birgə obrazlar təhlil edilib, yazıçının əsərlə çatdırmaq istədiyi əsas fikir müəyyən olunub.