Şagirdlərimiz Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaya gediblər
11 fevral 2024-cü il tarixində 5c sinif şagirdləri sinif rəhbərləri Gülnarə Cəfərovanın təşkilatçılığı ilə Milli Azərbaycan Tarixi Muzeyinə ekskursiyaya gediblər.
Azərbaycanın məşhur xeyriyyəçisi Hacı Zeynal Abdin Tağıyevin xatirəsini əbədiləşdirmək məqsədilə onun yaşayış mülkündə yerləşən Milli Azərbaycan Tarixi Muzeyində 9 otaqdan ibarət H. Z. A. Tağıyevin xatirə muzeyi yaradıldı. Xatirə muzeyinə daxil olan otaqların, əşyaların, mebelin bərpası ilə məşğul olan Azərbaycan və İtaliya mütəxəssisləri Hacı Zeynalabdin Tağıyevin ailəvi fotoalbomu əsasında otaqların əvvəlki görkəmini bərpa edə bilmişlər. Muzeyi təşkil edən otaqlar bunlardır: 1) Hacı Zeynalabdin Tağıyevin iş kabineti, 2) Şərq zalı, 3) kitabxana, 4) bilyard otağı, 5) yemək otağı, 6) məlumat otağı, 7) Sona xanım Tağıyevanın bəzək otağı – buduar.
Xatirə muzeyinin ekspozisiyası Hacı Zeynalabdin Tağıyevin iş kabinetindən başlayır. Kabinet özünün sadə gözəlliyi ilə seçilir. Onun divarları qırmızı ağacdan düzəldilmiş panellərlə və naxışlı tünd yaşıl divar kağızı ilə bəzədilmişdi. Burada bilavasitə Hacının özünə məxsus kitab şkafı, yazı stolu, kreslo, stul və dolabla yanaşı köhnə ailəvi fotoalbom əsasında hazırlanmış digər əşyalar da vardır.
Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyi 1930-cu ildə Azərbaycan Dövlət Muzeyinin biologiya şöbəsi əsasında yaradılıb. 1944-cü ildə muzeyə Həsən bəy Zərdabinin adı verilib. Muzey 2 əsas şöbədən geologiya və zoologiya şöbələrindən ibarətdir.
Zooloji bölmə faunanın onurğasızları və onurğalılarından (balıqlar, suda və quruda yaşayanlar, sürünənlər, quşlar, məməlilər) ibarətdir. Geoloji bölmədə Azərbaycanın faydalı qazıntıları nümayiş etdirilir (minerallar, filiz, faydalı qazıntılar), Paleontologiya bölməsinin böyük marağa səbəb olması onunla izah olunur ki, burada nadir eksponatlar yerləşir (Binəqədi qır gölündən tapılmış onurğalı heyvanların skeletlərinin qalıqları).
Şagirdlər böyük maraq və həvəslə hər iki muzeyin eksponatlarına tamaşa ediblər.
Təbiət Tarixi Muzeyində dinozavr skletləri və digər heyvan skletləri şagirdlərin böyük marağına səbəb olub.
Milli Azərbaycan Tarixi Muzeyi də şagirdlərin ürəyincə olub, onlar həmin gününtədris olunacaq dərsini ilə əyani şəkildə öyrəniblər.