Liseyimizdə seçki məntəqəsi təşkil olunub

    Liseyimizdə 7 saylı seçki məntəqəsi təşkil olunub. Əhali seçki məntəqələrində fəallıq nümayiş etdirir. Onlar səhər tezdən seçki məntəqələrinin açıldığı vaxtdan etibarən səs vermədə yaxından iştirak edirlər. Seçicilər məntəqəyə gəlir, onlar seçici siyahısında adlarını aşkarladıqdan sonra müəyyən prosedurdan keçir, bülleteni götürərək səsvermə kabinələrinə keçirlər. Orada istədikləri namizədə səs verdikdən sonra bülleteni seçki qutusuna atırlar.

    Məntəqənin açılışı zamanı vətəndaşların izdihamı müşahidə olunub və bu aktivlik bu saatlaradək davam etməkdədir. Azərbaycanın seçki tarixində seçicilərin ilk dəfə belə aktiv iştirakçılığı müşahidə edilir.

    Bildirilir ki, Nərimanov rayonunda da seçici aktivliyi çox yaxşıdır. Seçicilər könüllü şəkildə, heç bir müdaxilə edilmədən, şəffaf şəkildə səsvermədə iştirak etməkdədirlər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi