Liseylə bağlı bütün məsələlər müzakirə olunur
Təhlükəsizlik, sanitar vəziyyət, təmizlik, şagird davranışları, valideynlərlə əlaqə, qiymətləndirmə, növbəti ayın hədəfləri, tətil günlərinin iş qrafiki, liseylə bağlı bütün məsələlər əvvəlcə müzakirə olunur, sonra qaydalara uyğun olaraq bəziləri pedaqoji şuranın müzakirəsinə çıxarılır.
Məsuliyyəti və işi bölmədən nailiyyət alınmır. Müəssisədə hər kəs məqsəd və hədəfləri, vəzifə öhdəliklərini dəqiq bilməsə, getdiyimiz yolda büdrəyərik, hədəfə çata bilmərik.
Çətinliklər və problemlər olmasa, idarəetmə qabiliyyəti və xarakterlər formalaşmaz.
Uğurlu günlər, uğurlu işlər!