Şəhid Azad Hümbətovun doğum günüdür

    24 yanvar Vətən Müharıbəsi Qəhrəmanı, liseyimizin məzunu, adını daşıdığı Azad Hümbətovun doğum günüdür.

    H.Azad liseyimizi 2013-cü ildə bitirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olub. 2017-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib. Təyinatı üzrə elə həmin ildə Füzuli rayonunun Horadiz şəhərindəki hərbi hissədə öz vəzifəsinə başlayıb.

    2018-ci il "Azərbaycan ordusunun 100 illiyi" münasibətilə keçirilən hərbi paradda bayraqdar vəzifəsini daşıyıb və "Silahlı Qüvvələrin 100 illiyi" medalı ilə təltif olunub.

    Vətən Müharibəsində Azad on minlərlə vətən oğlumuz kimi qəhrəmanlıq göstərib. 27 oktyabr 2020-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə rəşadətlə döyüşüb və qəhrəmancasına şəhid olub.

    Azad Hümbətov II Fəxri Xiyabanda dəfn olunub.

    09 dekabr 2020-ci ildə Hümbətov Azad Arif oğluna (ölümündən sonra) "Vətən müharibəsi qəhrəmanı" adı verilib.

    Azad "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi