"Vətən fədaisi" adlı tədbir keçrilib

    23 yanvar 2024-cü il tarixdə liseyin UBTR-i Atlaz Zeynalovanın təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun doğum gününə həsr olunmuş "Vətən fədaisi" adlı tədbir keçrilib.

    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənib və şəhidin xatirəsi bir dəqiqəlik sükutıa yad edilib.

    Sonra Azad Hümbətovun keçdiyi döyüş yolunu əks etdirən sənədli filmdən fraqmentlər göstərilib və onun şanlı döyüş yolu tamaşaçılara çatdırılıb. 

    Tədbirdə iştiirak edən şagirdlər Azad Hümbətova həsr olunmuş video-çarx, şeir və mahnılar səsləndiriiblər.

    Daha sonra 9b sinif şagirdlərinin ifasında "Ana, mən şəhidəm" adlı kompozisiya səslənib.

    UBTR-i Atlaz Zeynalovanın Azad Hümbətovun xatirəsinə həsr erdiyi "Vətənun fədaisi " şeiri tamaşaçıların rəğbətinə səbəb olub.

    Tədbirdə liseyin pedoqoli kollektivi, vaideynlər, şəhid ailələri, şəhidin ailə üzvləri, qohumları və digər şəxslər iştirak edib. Onların hər biri çıxış edərək şəhidlərimizin qəhrəmanlığından onların döyüş yolundan söz açıblar.
    Liseyin direktoru, filoligiya elmləri üzrə fəlsəfə doktoru Arif Əsədov çıxış edərərək Azadın qəhrəman döyüş yolunun millətimiz və  vətənimiz üçün bir şərəf və qürur olduğunu vurğulayıb.
    Tədbirdə iştirak edən müəllimlər Azadın məktəb illərindən xatirələr danışıblar. Şagirdlərə Azad kimi vətənpərvər olmağı tövsiyyə ediblər və qeyd ediblər ki, Azadın döyüş yolu hər kəs üçün bir qəhrəmanlıq məktəbi olduğunu qeyd ediblər.
     Ruhun şad olsun, əziz şəhidim!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi