Şəhid Orxan Qasımovun xatirə gecəsi keçrilib

    19 yanvar 2024-cü il tarixdə  liseyin 6b sinfində UBR-i Atlaz Zeynalova və sinif rəhbəri Nuranə İbrahimxəlilovanın təşkilatşılığı ilə İkinci Qarabağ müharibəsinin şəhid qəhrəmanı Orxan Rizvan oğlu Qasımova həsr olunmuş xatirə gecəsi keçrilib. 21 yanvar cəsur döyüşçü Orxan Qasımovun doğum günüdür.

    Azərbaycan Ordusunun əsgəri olan Orxan Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Orxan Qasımov 27 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 
    Tədbirdə  Azərbaycan Ordusunun əsgəri olan Orxan Qasımovun keçdiyi döyüş yolu haqda şagirdlərə geniş məlumat verilİb.

    Şagirdlər Şəhid Orxan Qasımova həsr olunmuş qəhrəmanlıq şeirlər söyləyiblər. Eyni zamanda şəhidlə bağlı öz fikirləruni bölüşüblər.

    Tədbirin sonunda sinif rəhbəri N. İbrahimxəlilova çıxış edərək Orxan kimi oğullarımızın keçdiyi döyüş yolunun hər birimiz üçün qəhrəmanlıq məktəbi olduğunu vurğulayıb.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi