20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib
Bu gün liseydə ilk dərslər 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş xüsusi dərslər keçirilib.
Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planı”na və məktəbin illik Fəaliyyət planının 1.3.16-cı bəndinə uyğun olaraq şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması,Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.
Dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Liseyin direktor müavini Çəndərli Günay, informatika müəllimləri İbrahimxəlilova Nuranə, Günay Alışanova, Vüsalə Həsənova, rus dili və ədəbiyyat müəllimi Salahova Sitarə,riyaziyyat müəllimi Tünzalə Cəfərquliyeva şagirdlərə Qanlı Yanvar faciəsi haqda geniş məlumat verib.
Şagirdlərin faciə ilə bağlı fikirləri dinlənilib. Onlar hazırladığı refaratlar nümayiş etdirilib. Sonra Qanlı Yanvar faciəsinə həsr olunmuş film nümayiş edilib.