BSQ rəqəmsal fomada keçirilir
I yarımil üçün BSQ-lərin keçirilməsinə başlanılıb. Şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə liseyin V-XI siniflərdə Böyük Summativ Qiymətləndirmə keçirilməsinə dair cədvəl təsdiq edilib.
Təsdiq olunmuş cədvələ uyğun olaraq mərkəzləşmiş qaydada BSQ keçirilir. Rəqəmsal summativ qiymətləndirmələrin keçirilməsinin əsas məqsədləri təhsilalanların və təhsilverənlərin rəqəmsal bacarıqlarının təkmilləşdirilməsi, təhsilalanların nəticələrinə dair çevik hesabatlılığın aparılaraq fərdi yanaşmanın təmin olunması, valideyn və qanuni nümayəndələrə təhsilalanın nailiyyətini izləmə imkanlarının yaradılması, təhsilalanların rəqəmsal keçirilən beynəlxalq qiymətləndirmə tədqiqatlarına hazırlığının təmin edilməsi və kağız israfının qarşısının alınmasından ibarətdir.