“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə çərçivəsində maarifləndirici tədbir baş tutub

    Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ və Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən həyata keçirilən “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi” adlı pilot layihə çərçivəsində liseyimizdə maarifləndirici tədbirlər baş tutub.

    İlk öncə Bakı şəhəri üzrə seçilmiş 25 pilot məktəbdə direktor, direktor müavinləri, məktəb psixoloqu, müəllim və valideyndən ibarət uşaq müdəfiəsi və təhlükəsizliyi (UMT) komandaları yaradılıb. Liseyimiz də həmin pilot məktəblər siyahısındadır.

   Son zamanlar kütləvi informasiya vasitələrində valideyn diqqətsizliyi və məsuliyyətsizliyi ilə əlaqədar baş verən hadisələrlə bağlı informasiyalar yayılır. Valideyinlər daim öz uşaqlarına qarşı məsuliyyətli və qayğılı olmalıdırlar. Əks təqdirdə, uşaqların itkin düşməsi, bədbəxt hadisələr nəticəsində həyatlarını itirməsi və digər xoşagəlməz hadisələr yaşanır.

   Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Lakin, xüsusilə qeyd etməliyik ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri, təhsil qurumları və dövlətin üzərinə düşür.

    İnternetdən təhlükəsiz istifadə hər bir fərdin həyatında əhəmiyyətli rol oynasa da, uşaqlar üçün bu təhlükəsizliyin daha vacib olması qaçılmaz reallıqdır. Uşaqların yaşlarına uyğun məlumatları rahat şəkildə əldə edə bilməsi, lakin, zərərli kontentdən uzaq qalması üçün provayderlər tərəfindən təklif olunan "informasiyanın filtrlənməsi" xidmətindən istifadə olunmalıdır. Lakin, iş bununla bitmir.

   Uşaqların internet təhlükəsizliyinin təmin olunmasında atılacaq önəmli addımlardan biri də bu mövzunun nə qədər vacib olduğunu və onların zərərli kontentdən yayınmasını uşaqlara düzgün şəkildə çatdırmaqdır.

   Hər bir uşağın müdafiə olunmaq hüququ var. UNICEF Azərbaycanda, xüsusilə inteqrasiyalı sosial xidmətlər, ədliyyəyə çıxış və uşaq hüquqlarının monitorinqi sahələrində uşaqların milli müdafiə sistemlərinin gücləndirilməsi istiqamətində iş aparır. Uşaqların milli müdafiə sistemləri sosial rifah, təhsil və səhiyyə məsələləri ilə məşğul olan təşkilatlardan, habelə risk vəziyyətində olan uaqlarla bağlı cavab tədbirlərinə məsuliyyət daşıyan hüquq-mühafizə orqanları və strukturlarından ibarətdir. Güclü uşaq müdafiəsi sistemi adətən uşaqların və onların ailələrinin üzləşdiyi çoxsaylı qarşılıqlı çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi