Əli Səmədlinin "Qanlı Bənövşə" hekayəsinin müzakirəsi keçirilib
11 yanvar 2024-cü il tarixdə A.Hümbətov adına 291 Ekologiya liseyində Azərbaycan dili və ədəbiyyat müəllimi Tamara Məmmədova və kitabxana müdiri Sevinc Abbasova birgə təşkilatçılığı ilə 7a və 5ç sinif şagirdlərinin iştirakı ilə Əli Səmədlinin "Qanlı Bənövşə" hekayəsinin müzakirəsi keçirilib.
Müzakirədə liseyin tərbiyə işləri üzrə təşkilatçı Zeynəb Qasımova, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Hüseynova, UBR-i Ətlaz Zeynalova, və valideynlər iştirak ediblər.
Şagirdlər müzakirədə uşaq hüquqlarının müdafiəsi, vətən torpağının müqəddəsliyi, soydaşlarımızın keçirdiyi çətin günlərin izlərini öz aspektləri baxımından müzakirə edib və fikir mübadiləsi aparıblar.
Şagirdlər müzakirədə mədəniyyət, ümumiləşdirmə, subyektiv düşüncə baxımından fikirlərini gözəl nümayiş etdirib və müzakirəni yaddaqalan tədbirə çeviriblər.