"Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin şən akordları" adlı bayram tədbiri keçrilib

    27 dekabr 2023-cü il tarixdə liseyin ingilis dil müəllimi Gülnarə Cəfərova və Gülbəniz Muxtarovanın təşkilatçılığı ilə "Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin şən akordları" adlı bayram tədbiri keçrilib.

    Tədbirdə liseyin pedoqoji kollektivi, şagirdlər və valideynlər iştirak edib.

    Tədbiri 5c sinfinin xor qrupu Rauf Hacıyevin "Azərbaycan" mahnısı ilə başlayıb.
    Sonra şagirdlər dünya xalqlarının rəqs, mahnılarını ifa edib və maraqlı səhnəciklər nümayiş etdiriblər. Eyni zamanda Səid Rüstəmovun fortepiano üçün yazdığı "Səhər nəğməsi" musiqi əsəri liseyin musiqi müəllimi G.Muxtarova (fortepiano), 5c sinif şagirdi İqbal Axundzadənin (skripka) ifası və 5c sinif şagirdi Məmmədsoy Məhəmmədin ifasında isə Qara Qarayevin "Şən hadisə" (fortepiano üçün pyes) alqışlara səbəb olub.

    Sonda Şaxta baba hər kəsə xoş ovqat bəxş edib və tədbir şən rəqslə sona çatıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi