"Hüseyn Cavid poeziyasının inciləri "adlı bədii qiraət müsabiqəsi keçirilib

    15 dekabr 2023-cü il tarixdə "Hüseyn Cavid poeziyasının inciləri "adlı bədii qiraət müsabiqəsi keçirilib.

    UBTR-nin rəhbəri Ətlas Zeynalovanın şagirdlərlə hazırlıq məşqləri öz nəticəsini verib. Şagirdlər şeirləri böyük bacarıqla ifa ediblər. Şagirdlərin çıxışları münsiflərin rəğbətini qazanıb.
    9b sinif şagirdi Salahova Ayan H.Cavidin "Ana" əsərindən Səlmanın monoloqu, 7a sinif şagirdi Əsgərzadə Tənər "Mənim tanrım" şeiri I yer, 9b sinif şagirdi Səmədov Nihat "İblis " əsərindən İblisin monoloqu və 6b sinif şagirdi Bağırzadə Oskar "Vətən" şeiri II yer, 7a sinif şagirdi Əliyeva Solmaz "Get" şeiri III yer, 5ç sinif şagirdi Mahmudzadə Ləman, 8b sinif şagirdi Hüseynli Rafiq, 8ç sinif şagirdi Mustafayeva Jalə IV yer, 7a sinif şagirdi Bəşirli Minarə isə V yerə layiq  görülüblər.
   "Hüseyn Cavid poeziyasının inciləri" adlı bədii qiraət müsabiqəsinin sonunda müzeyin rəhbərli tərəfindən qalib olan şagirdər mükafatlandırılıb.
   Müsabiqə yekunlaşdıqdan sonra şagirdlər H.Cavidin ev muzeyi ilə tanış olub və şagirdlərə şair haqqında geniş məlumatlar verilibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi