Ümummilli lider Heydər Əliyevlə bağlı dəyirmi masa keçirilib

    12 dekabr 2023-cü il tarixdə Təşkilat işləri üzrə direktor müavini  Zeynəb Qasımovanın təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş  dəyirmi masa keçirilib.

    Tədbirdə liseyin müəllimləri, yuxarı sinif şagirdləri iştirak ediblər.

    Tədbiri giriş sözü ilə açan Zeynəb Qasımova qeyd edib ki, Ulu Öndərimiz dünyanın hər tərəfindən görünən uca zirvədir. Z.Qasımova Heydər Əliyevin azərbaycançılıq siyasətindən geniş danışıb.

    Liseyin GH müəllimi F.Salamov  Heydər Əliyevin  Hərbi sahəsində xidmətlərindən, UBTR Ə.Zeynalova Naxçıvanda olarkən onunla keçirilmiş görüşün xatirələrindən, musqi müəllimi G.Muxtarova dahi liderin mədəniyyət və incəcənət sahəsindəki gördüyü tarixi işlərdən, rəsm müəllimi Ü.Adıgözəlova  həmin dövrdə memarlara və memarlıq işlərinə verilən dəyərdən, Azərbaycan dili və ədəbiyyat müəllimi T.Məmmədova  doğma dilimizin dövlət kimi Konstitusiyada yer almasında ümummilli liderimizin misilsiz xidmətlərindən söz açdılar. Liseyin fiziki tərbiyə müəllimi M.Mehtiyev idman nailiyyətlərimizin beynəlxalq aləmdə özünəməxsus yer tutmasının bünövrəsinin Ulu Öndər tərəfindən qoyulduğunu vurğulayıb.

   Tədbir 9-cu sinif şagirdi Qasımova Elzanın Heydər Əliyevin  həyat və yaradıcılığını əks etdirən slaydları təqdim etməklə başa çatıb.

 

 

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi