İlk dərslər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olunub
12 dekabr – müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar ilk dərslər Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə və zəngin dövlətçilik irsinə həsr olunub.
Liseyin müəllimləri Sitarə Salahova və Vüsalə Həsənova tərəfindən şagirdlərə Ulu Öndərin həyatı, siyasi fəaliyyəti və zəngin dövlətçilik irsi haqqında müxtəlif məzmunlu təqdimatlar- "Əsrin müqaviləsi", "Ulu Öndərin siyasi fəaliyyəti", "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" nümayiş olunub.
Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşübdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.