IX siniflərində buraxılış imtahanı fənləri üzrə növbəti monitorinq keçirilib

   08 dekabr 2023-cü il tarixdə liseyimizin IX siniflərində buraxılış imtahanı fənləri üzrə növbəti monitorinq keçirilib.

    Yeni qiymətləndirmə sisteminin əsasında şagirdlərin təlim fəaliyyətlərinin ardıcıl və sistemli şəkildə qiymətləndirilməsi, nəticələrin təhlili və müvafiq qərarların qəbul edilməsi dayanır. Şagird nailiyyətinin qiymətləndirilməsi məktəbdaxili, milli və beynəlxalq olmaqla üç istiqamətdə aparılır. Əslində bunlar yeni qiymətləndirmə sisteminə daxil olan və bir-birindən asılı olmadan fəaliyyət göstərən alt-sistemlərdir. Onların arasında ən əhatəli və əhəmiyyətli olan məktəbdaxili qiymətləndirmədir.

     Məktəbdaxili qiymətləndirmənin əsasını təşkil edən şagird irəliləyişlərinin monitorinqi sistemi dərs ili ərzində şagirdin təlim, müəllimin tədris fəaliyyətini fənn üzrə müəyyən olunmuş təlim nəticələrinin əldə olunmasına istiqamətləndirən və dərs ilinin sonunda hər iki tərəfin fəaliyyətini qiymətləndirməyə imkan verən texnologiya kimi düşünülmüşdür. 

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi