Azərbaycan təhsil nümayəndələri Serbiya Respublikasında inklüziv təhsil məsələləri üzrə təcrübə mübadiləsində iştirak ediblər
Bir neçə gün öncə Azərbaycan təhsil nümayəndələri Serbiya Respublikasında inklüziv təhsil məsələləri ilə bağlı xidməti səfərdə olublar.
Liseyimizin direktor müavini Günay Çəndirli də həmin səfərdə iştirak edib.
Azərbaycan təhsil nümayəndələri Serbiyada müxtəlif məsələlərlə bağlı təşkil olunmuş müzakirələrdə iştirak edib, təcrübə mübadiləsi aparıblar.
Bu səfərdə əldə olunan nəticələrin liseyimizin idarə olunmasında, təlim-tərbiyə prosesinin daha səmərəli təşkilində rolunun böyük olacağına inanırıq.