“Peşələr festivalı”ı keçirilib

    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də əmək bazarında mövcud vəziyyəti izləmək, peşə və ixtisaslar üzrə çağırışlara uyğun təkliflər vermək, vətəndaşlar, xüsusilə yeniyetmə və gənclər arasında müasir əmək bazarının tələbləri, zəruri peşə və ixtisaslar barədə maarifləndirmə, təbliğat işləri aparmaqdan ibarətdir.
    Bu istiqamətdə həyata keçirilən ardıcıl və sistemli fəaliyyətin davamı olaraq müasir əmək bazarında aktual olan peşə və ixtisasların tanıtım və təbliğatı məqsədilə növbəti “Peşələr festivalı”nın 28 oktyabr - 4 dekabr 2023-cü il tarixlərində ölkənin 10 iqtisadi rayonu üzrə 10 müxtəlif şəhərdə keçirilib.
    Festivalda iştirak edən yeniyetmə və gənclər müasir əmək bazarının tələbləri ilə tanış olmaq imkanı qazanıb, təqdim olunan peşələrin tanınmış mütəxəssisləri ilə görüşüb, əyani şəkildə müvafiq peşə və ixtisasların incəlikləri ilə tanış olub, öz maraq və istəklərinə uyğun peşə seçimində məsləhət xidmətindən faydalana biliblər.
    Festival çərçivəsində liseyimizin şagird və müəllim heyəti Bakı şəhərində (Dənizkənarı milli parkın ərazisində) keçirilən tədbirdə iştirak ediblər.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi