"Müsahib şagird" layihəsinə başlanılıb

    Bu gündən liseyimizdə "Müsahib şagird" layihəsinə başlanılıb.

    Hər dəfə bir nəfər şagirdlə müxtəlif mövzularda söhbət aparılacaq.

    Budəfəki müsahibimiz 10b sinif şagirdi Nihat Qənbərli idi. 

    

1. 10-cu sinifdə oxumaq necə hissdir və bu sinif sənin üçün necə əhəmiyyət kəsb edir?

- 10-cu sinif digər siniflərdən çox fərqlənir. Çünki həyatda lazım olacaq biliklərin çoxu  bu sinifdə yığılır. Həm də yaşın daha yaxşı düşünməyə imkan verir. Buna görə özümü məsulliyətli hiss edirəm.

 

 

2. Gələcəkdə hansı peşəyə yiyələnmək istəyirsən və nə üçün?

   - İqtisadçı olmaq istəyirəm. Bu peşəyə daim ehtiyac var. Bunun əsas səbəbi gələcək işimi özüm qurmaq, vətənimə faydalı olmaq istəyidir.

 

 

3. Məktəbdə hansı fənləri daha çox sevirsən və hansılarda çətinlik çəkirsən?

- Coğrafiya və Azərbaycan dilini sevirəm. Müəyyən mövzularda isə riyaziyyat üzrə çətinlik çəkirəm. Amma çalışıram.

 

4. Məktəb həyatında  ən yaddaqalan anın hansıdır və nə üçün?

     - (Gülür.) 9-cu sinifdə məktəbin həyət qapısının üstündən qaçmışdım. Əlbəttə, başqa xatirələr də var. Amma bütün hallarda direktora izahat yazmalı olmursan.

 

5. Məktəb xaricində hansı hobbi və maraqların var?

-Tez-tez futbol oynayıram, kitab oxuyuram.

 

6. Gününü necə planlaşdırırsan və dərsə hazırlaşmaq üçün hansı metodlardan istifadə edirsən?

    -Xüsusi bir iş metodum yoxdur, sadəcə, ev tapşırıqlarımı vaxtında həll edirəm, öyrədiklərimi təkrar edirəm.

 

7. Ən çox hansı kitabları oxumağı sevirsən və nə üçün?

    -Daha çox iqtisadiyyata aid kitab oxumağa çalışıram.

 

8. Gələcəkdə hansı universitetdə təhsil almaq istəyirsən və niyə?

  -Xaricdə təhsil almaq istəyirəm, düşünürəm ki, həm xarici dil bacarıqlarımı təkmilləşdirmək, həm də dünya səviyyəli alimlərdən dərs almaq faydalı olar.

 

9. Ən böyük arzun nədir və onu necə həyata keçirmək istəyirsən?

    - Şəxsi biznes sahibi olmaq istəyirəm və bunun üçün biliklərimi toplayıram.

 

10.Məktəb həyatında səni ən çox nə motivasiya edir?

      - Gələcək planlarım, valideynlərim və müəllimlərim. Onların mənə inamı və güvəni. Eləcə də, gözləntiləri.

 

11.İdmanla məşğul olursan?

-Arabir.

 

12. Əgər bir günlük liseyin direktoru olsaydın, nəyi dəyişdirmək istərdin?

   -  Başqa məktəblərdə olsaydım, bizim məktəbdə olduğu kimi yalnız ixtisas fənlərinin tədrisinə göstəriş verərdim. Bizim liseydə isə tənəffüslərin 10-15 dəqiqə olmasına çalışardım.

 

13. Dostlarının sənə təsiri varmı və onlarla necə tanış olmusan?

   - Əsl dostdan söhbət gedirsə, 2-3 nəfər dostum var. Məsləhətləşmələr aparırıq və onlardan daha yaxşı çalışmağı öyrənirəm. Əksəriyyətini məktəbdə tanımışam.

 

14. Məktəb həyatında qarşılaşdığın ən böyük çətinlik nə olub və onu necə həll etmisən?

-Riyaziyyat fənnindən çətinliyim olur. Bir dostum var, mənə kömək edir, müəyyən məsələlərdə izahlar verir.

 

15. Gələcəkdə özünü harada və necə görürsən?

    -Hər hansı bir ölkədə şirkətlərin birində güclü iqtisadçı kimi.

 

16. Bizə sözün?

-Qalmadı.

-Sağ ol!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi