Bakı Zooloji Parkında inteqrativ dərslər keçirilib

   Liseydə Bakı Zooloji Parkına dərs-ekskursiyalar təşkil edilib. Bu cür dərs-ekskursiyalarda inteqrativ dərslər təşkil etmək faydalıdır.

   Liseyin coğrafiya müəllimi Nərgiz Əkbərova 8ç sinif şagirdlərinə Bakı Zooloji Parkında dərs keçib.

   Dərsin mövzusu bitkilərin və heyvanların yaşayış mühüti idi. Nərgiz Əkbərova heyvanlar haqqında, onların yaşayış mühiti, yayıldığı təbii zonalar  haqqında geniş məlumat verib.

   Şagirdlərə müxtəlif tapşırıqlar verilib. Onlardan əsasən bu gün gördükləri heyvanların hansı təbii zonaya uyğun olduqlarını qruplaşdırmaq, və gördükləri heyvanlardan bəziləri haqda növbəti dərsə təqdimat hazırlamaq tapşırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi