Nərimanov rayon üzrə "Kiçik Akademiya" üzvlərinin konfransı keçirilib

    28 noyabr tarixdə liseyimizdə "Kiçik Akademiya" üzvlərinin Nərimanov rayonu üzrə Ümummilli liderimiz Heydər Əliyevin 100 iliyinə həsr edilmiş rayon konfransı keçirilib. Konfransda ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Sonra şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Tədbiri "Kiçik Akademiya" nın rəhbəri Ariz Məmmədov açaraq tədbir iştirakçılarını salamlayıb, konfransın işinə uğurlar arzu edib.

    Proqrama uyğun olaraq şagirdlər öz tədqiqat işlərini təqdim ediblər. Kiçik Akademiya” üzvlərinin I Ümumşəhər Konfransına nümayəndələr seçilib.

    Seçim turunda münsiflər heyəti tərəfindən I, II, III yerlər müəyyənləşdirilib.

    Şagirdlərə diplomlar təqdim olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi