“Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarış təşkil olunub

    Noyabrın 27-də Heydər Əliyev Mərkəzində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Yollarda təhlükəsiz davranışı öyrənək” III intellektual yarışı olub.

    Yarış Heydər Əliyev Mərkəzi, Elm və Təhsil Nazirliyi, Azərbaycan Avtomobil Federasiyasının birgə təşkilatçılığı, “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində keçirilib.

    Layihənin məqsədi yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması, yollarda təhlükəsiz və mədəni davranışın təbliği, məktəblilərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsidir.

    Yarışda Bakı şəhərinin 55 orta ümumtəhsil məktəbinin 7-8-ci sinif şagirdlərindən ibarət komandalar iştirak edib.

    Yarışda liseyimizin komandası da iştirak edib.

    Yarışın təşkilində “Regional İnkişaf” İctimai Birliyinin könüllüləri yaxından iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi