“Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!” devizi ilə maarifləndirici tədbir təşkil olunub
Liseyin akt zalında “Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!” devizi ilə maarifləndirici tədbir təşkil olunub.
Liseyin həkimi Leyla Nuriyeva, tibb bacısı Könül Əhmədova və biologiya müəllimi Sədaqət Əliyeva şagirdlərin qarşısında geniş təqdimatla çıxış ediblər. Narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığı və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiniyi bildiriblər.
Eyni zamanda vurğulayıblar ki, narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür və narkotiklərdən istifadə edənlərin erkən müraciəti müalicənin əksər hallarda uğurlu olması ilə müşahidə edilir.
Sonda şagirdlərə “Sağlam, narkotiksiz həyat seç!”, “Övladlarınızı narkotiklərin oyuncağına çevrilməkdən qoruyun!” adlı maarifləndirici bukletlər paylanılıb.