"Reproduktiv sağlamlıq" mövzusunda dərs keçirilib

    21 noyabr 2023-cü il tarixdə liseyin biologiya müəllimləri Sədaqət Əliyeva , Ariz Məmmədov VIII və IX sinif qızları və oğlanları arasında "Reproduktiv sağlamlıq" mövzusunda dərs keçiriblər.

    Reproduktiv sağlamlığın qorunması və mühafizəsi, sağlam ailələrin və ailə münasibətlərinin formalaşması bu günün aktual məsələlərdən biridir. Cinsi və reproduktiv sağlamlıq hüquqları sağlamlıq, ləyaqət və digər insan hüquqlarından istifadə üçün zəruridir. Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının qadağan olunmasına dair Konvensiya (CEDAW) da daxil olmaqla insan hüquqlarına dair beynəlxalq müqavilələrlə müdafiə olunan bu hüquqlar yoxsulluqla mübarizədə əhəmiyyətli rol oynayır

    Sədaqət Əliyeva və Ariz Məmmədov şagirdlərə yeniyetməlik dövrünün xüsusiyyətləri, ailə planlaşdırılması, şəxsi gigiyena qaydaları və s.barədə ətraflı məlumat verməklə yanaşı,repreduktiv sağlamlığın insan üçün fiziki, mənəvi və sosial rifah vəziyyəti olduğunu izah ediblər.

    Həmçinin, şagirdlərə insan təkmilləşdikcə reprodukdiv sağlamlığın da inkişaf etməsi barədə söhbətlər aparıblar.

    Şagirdlərə bu sağlamlığın təməlinin yeniyetməlik dövründən yaranmasını və bütün həyat boyu qorunub-saxlanmasını xüsusilə vurğulayıblar.

    Dərsdə tərbiyə işləri üzrə direktor müavini Z.Qasımova, həkim N.Leyla və tibb bacısı Ə.Könül iştirak ediblər.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi