Vətən yolunda addımlayanlar unudulmur
22-24 noyabr tarixlərdə liseyin akt zalında "Vətən yolunda addımlayanlar" adlı sənədli film nümayiş olunub.
Film qeyri-hökümət dəstəyi ilə şəhidlərə yardım fondu olan "Yaşat" Fondu tərəfindən çəkilib. Sənədli film İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olan liseyin şəhid məzunu , baş leytenant, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun xatirəsinə həs olunub.
Filmin nümayişində V-XI siniflərin bütün şagirdləri iştirak edib.
Filmdə Azadın keçdiyi döyüş yolu, onun cəsarəti, şücaəti, vətənpərvərliyi yuksək səviyyədə əks olunub. Şəhidin valideynləri, müəllimləri, döyüş yoldaşları, dostları onun haqqında fəxarətlə söhbət açıblar.
Azadın döyüş əzmindən, vətənpərvərliyindən bəhs edən anlar filmdə oz əksini tapıb.
Bu cür sənədli filmlər şagirdlərdə vətənpərvərlik hissini artırmaqla yanaşı, onlara qəhrəman şəhidlərimizin döyüş yolu haqqında geniş məlumatlar çatdırır.
Filmin sonunda şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Azad kimi qəhrəmanlar Azərbaycanın fəxri və qürur mənbəyidir.