Liseyin direktoru Arif Əsədov Təhsil Menecerləri Forumunda iştirak edib
19 noyabr tarixdə liseyin direktoru, filologiya elmləri üzrə fəlsəfə doktoru Arif Əsədov "Hədəf" Şirkətlər Qrupunun təşkil etdiyi Təhsil Menecerləri Forumunda panel müzakirələrdə iştirak edib.
Təhsil əhatəliliyi, ölkənin sosial-iqtisadi, siyasi sahələrində xüsusi rola malik və gələcək inkişafın əsasını təşkil edən sahədir. Ölkənin bütün ailələrinin yolu mütləq təhsildən keçir.
Gələcəyin daha yaxşı qurulması, təhsilin keyfiyyətinin yüksəldilməsi, dəyərlərin yaradılması istiqamətində nəticələrin əldə edilməsi üçün təhsilin idarə edilməsinin səmərəliliyi, verilən qərarların düzgünlüyü, icra, ölçmə mərhələlərinin effektivliyi, nəticələrin təhlili və s. məqamlar müzakirələrin əsas mövzusu idi.
Liseyin direktoru Arif Əsədovun bölüşdüyü təcrübələrin, toxunduğu məsələlərin iştirakçıların gələcək fəaliyyətində yardımçı olacağına ümid edirik.