“Ümidlərin izi ilə”

23 fevral 2015 – ci il tarixində Xocalı soyqırımının 23 – cü il dönümünə həsr olunmuşdur. Ş. Sadiq və Müşfiq Xanın yazdığı “Ümidlərin izi ilə ” romanın müzakirəsi keçirilmişdir. Görüşdə hər iki yazıçı iştirak etmiş, müzakirənin fəal iştirakçısı olmuşlar. Görüşdə liseyin dil - ədəbiyyat müəllimi Tamara Məmmədova 8B və 9B sinif şagirdlərinin oxuduğu həmin romanı liseyin müəllimləri ilə birgə müzakirə etmiş, maraqlı fikirlər söylmişlər. Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri Namiq Nağıyev və Mirzəbəyli Tural iştirak etmişlər. Görüş şagirdlərin yaddaşında gözəl, təsirli anlarla qalmışdır.