Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Xəzinə” intellektual yarışıması keçirildi.

Liseydə 07.05.2015-ci il tarixdə 8,9,11-ci sinif şagirdlərinin iştirakı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş “Xəzinə” intellektual yarışıması keçirildi. Himn səsləndikdən sonra liseyin direktoru Sevinc xanım Orucova ulu Öndər Heydər Əliyevin həyat yolundan danışdı və yarışmada iştirak edən komandalara uğurlar dilədi. Tədbir televiziyanın AZTV kanalı tərəfindən işıqlandırıldı. Bir saatdan artıq davam edən intellektual yarışmanın qalibləri diplom və hədiyyələrlə təltif edildilər. Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin İnkişafının Proqramlaşdırılması Sektorunun müdiri Lamiyə Şərəfxanova, Nərimanov rayonu üzrə kuratoru Şirindil Əhmədov, Nərimanov rayon İcra Hakimiyyətinin nümayəndələri , AMEA-nın üzvü Elvin Əliyev, Hədəf kurslarının Tədris işləri üzrə direktoru Elxan Nəcəfov iştirak etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi